Bu gün Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK
Azərbaycan) təşkilatçılığı ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi
və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda “Becker
Mining Europa Gmbh” alman şirkəti rəhbərinin Azərbaycana işgüzar
səfəri çərçivəsində görüş keçirilib.
Trend xəbər verir ki, İnstitutun direktoru Natiq Seyidəhmədov,
Azərbaycan Respublilasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət
Agentliyinin rəis müavini Piri Quluzadə, müfəttişliklər rəisləri
İsmayıl Nəsirov, Şahin Qaçabəyov və Becker Mining Europa Gmbh
şirkətinin rəhbəri Samar Adjdadinin iştirakı ilə baş tutan görüşdə
əsasən, əməkdaşlıq imkanları və şirkətin regionda planlaşdırılan
fəaliyyəti haqqında geniş müzakirələr aparılıb.
İlk öncə direktor Natiq Seyidəhmədov institutun fəaliyyəti
barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Becker Mining Europa Gmbh şirkətinin rəhbəri Samar
Adjdadi görüşdə alman şirkətinin fəaliyyətləri, o cümlədən layihə
və təkliflərini tanıdıb.
Görüşdə eləcə də yeni işgüzar əməkdaşlıq üçün movcud imkanlar
müəyyən edilib.