Yaş ötdükcə dəridə elastin və kollagenin istehsalı azalır.
Yumşaq toxumalar elastikliyini itirir, zəifləyir və boşalır.
Hamımız sətr üz forması və elastik dəri istəyirik, lakin bu,
sağlamlığınızı riskə atmaq və dərhal cərrahi əməliyyat etmək lazım
olduğunu ifadə etmir. Klinikamızda tətbiq olunan cərrahiyəsiz üz
gərmə metodikaları və müasir cihazlar həqiqətən gözlə görüləcək
nəticələr əldə etməyə imkan verir.
SMAS-liftinq ən innovativ aparat prosedurlarından biridir. O,
cərrahi müdaxilə olmadan üzün dərisini dartmağa və plastik
cərrahiyyə effektinə nail olmağa imkan verir! Cihaz ultrasəs
dalğaları vasitəsi ilə dərinin dərin təbəqələrinə təsir edərək
onların elastikliyini və tonusunu effektiv şəkildə bərpa edir.
Prosedurun təsiri artandır və 5-6 ay ərzində özünü tam şəkildə
göstərir. ASTHEIK LAB klinikası ən son HIFU SMAS-liftinq qurğularla
təchiz edilmişdir.
Klinikamızda cərrahiyəsiz üz gərmə əməliyyatının alternativ üsül
Termaj prosedurudur. Gəncliyimiz və gözəlliyimizin əsas
komponentləri olan kollagen liflərinə termal təsir göstərir.
Nəticədə, onlar sıxılır və bərkiyir. Dəri daxildən dartılır,
qırışlar hamarlanır, üzün ovalı sərtləşir, hüceyrə bərpası
sürətlənir. SMAS-liftinqdə olduğu kimi, Termaj prosedurunun
təsiridə altı ay ərzində yaranır.
Cərrahiyəsiz üz gərmə üsullarının seçimində son prosedur RF
liftinqidir. Bu cihaz dərialtı toxumaları qızdırmaq üçün yüksək
tezlikli cərəyanlardan istifadə edir. Nəticədə dəri daxildən
cavanlaşır, dərialtı piylərin həcmi azalır, hüceyrələrin bərpası
prosesi sürətlənir, üz əzələlərinin tonusu bərpa olunur. Yuxarıda
göstərilən üsullardan fərqli olaraq, bu prosedur bir neçə ay
ərzində müntəzəm ziyarətlər tələb edir.
ÄSTHETIK LAB klinikası almaniyanın müasir avadanlığı ilə təchiz
olunmuş üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir.
Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və
trixologiyadır. Klinikada 100-dən çox mütəxəssis çalışır
Ünvan: Koroğlu Rəhimov küçəsi, 47
Prosedurlara bu əlaqə nömrələri ilə yazıla bilərsiniz:
+994125555534, +994504000303