Ukrayna rəhbərliyi öz Qərb müttəfiqlərinə ordunun döyüş əməliyyatlarının planlaşdırılması ilə bağlı daim hesabat verir.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib.
“Hücum, əks-hücum və ya müdafiə əməliyyatları ilə bağlı planlarımızı, bunu hansı qüvvə və vasitələrlə edəcəyimizi izah edirik ki, tərəfdaşlarımız xəbərdar olsunlar. Bu, əməliyyat məsələsidir ki, biz strateji səviyyəyə qaldırmışıq”, – Umerov bildirib.