Türkiyə dövlətinin terrorla mübarizəsi davam edir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda qəhrəmancasına mübarizəmizin son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyinə heç kim şübhə etməməlidir:
“Bizim üçün terrorçunun fərqi yoxdur – istər PKK/YPG/PYD, istər İŞİD, istərsə də FETÖ olsun. Mübarizəmizi qəhrəmanca davam etdirəcəyik”.
Nazir qeyd edib ki, Türkiyə Cümhuriyyəti tarix boyu heç bir etnik, məzhəb və dini qrupla mübarizə aparmayıb:
“Bəzi qruplar Türkiyə ordusunun əməliyyatlarını gözdən salmağa çalışır. Elə fikir formalaşdırırlar ki, guya terror təşkilatı PKK kürd qardaşlarımızı təmsil edir. Bizim tək hədəfimiz terrorçulardır”.