Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.
“Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz və yanan şamla daxil olaraq, həkimi doğum günü münasibətilə təbrik etdikləri video yayılıb.