Əməliyyat zamanı saxlanılan vəzifəli şəxs həbs edildi

Əməliyyat zamanı saxlanılan vəzifəli şəxs həbs edildi

İsmayıllı Şəhər bələdiyyəsinin sədri Əlişir Süleymanov barəsində həbs qərarı verilib.

AzerTimes xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qərarı seçilib.

Qeyd edək ki, ötən gün İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov saxlanılıb.

Teqlər: