HƏMAS bütün məhbusları azad etsə və qeyd-şərtsiz təslim olsa, Qəzza zolağında quru əməliyyatı ləğv ediləcək.
AzerTimes xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmisi Conatan Konrikus deyib.
“Əgər HƏMAS mülkilərin arxasında gizləndiyi yerlərdən çıxsa, 212 girovun hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitər. Əgər etməsələr, biz yəqin ki, gedib bunu etməli olacağıq”, – Konrikus bildirib.