Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat”a BMT Nizamnaməsinə uyğun olaraq başlayıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz BMT Nizamnaməsinə tam uyğun olaraq Ukraynada “xüsusi hərbi əməliyyat” keçirmək qərarına gəldik. Bu “əməliyyat”ın məqsədləri aydın və dəqiq müəyyən edilib. Bu, Rusiyanın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, Donbas sakinlərini soyqırımdan qorumaqdır”, – Putin bildirib.