“Leica Geosystems AG”-ın sponsorluğu ilə “EKM Global Consulting GmbH”nin keçirdiyi “Geoməkan informasiya” mətbuat müsabiqəsinin qaliblərindən biri də AzerTimes-ın ingilis dili bölməsinin redaktoru Tural Əzimzadə olub.
AzerTimes xəbər verir ki, ümumilikdə, müsabiqəyə təqdim olunan araşdırma məqalələri arasında 3 qalib seçilib.
Qeyd edək ki, qaliblər İsveçrənin Heerbruq şəhərində yerləşən, geoməkan sensorlar və proqram təminatı üzrə dünyanın aparıcı istehsalçısı “Leica Geosystems”in baş ofis və istehsal müəssisəsinə baş çəkmək üçün dəvət olunacaqlar. Mətbuat səfərində jurnalistlər innovativ, hibrid hava xəritələri texnologiyasının, 3D məlumatların və innovativ geoinformasiyanın digər aspektlərinin inkişafı ilə bağlı real anlayış əldə edəcəklər.