Aktyor Tofiq Hüseynov dünən (5 iyul) axşam saatlarında dünyasını dəyişib.
Akademik Milli Dram Teatrı aktyoru xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Tofiq Hüseynov bu gün (iyulun 6-da) öz vəsiyyətinə görə Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq.
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib.
Teatr səhnəsində Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarını yaradıb.
2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.
2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.