Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələr tətbiq ediləcək

Xəbər - Humay Ağacanova – Trend:

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə
işəgötürənlərə qarşı bəzi cərimələr şərti olaraq tətbiq
ediləcək.

Trend-in məlumatına görə bunu bunu Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O qeyd edib ki, artıq bununla bağlı İnzibati Xətalar Məcəlləsinə
dəyişiklik təsdiq olunub.


” İşəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə
əlaqədar yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan
qaldırmaqla bəzi cərimələri ödəməkdən azad olacaq. Bu da mahiyyət
etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın
tətbiqinə, eyni zamanda əmək qanunvericiliyində nəzərdə tutulan bu
və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan
qaldırmalarını stimullaşdırmağa yönəlib”, – deyə o bildirib.

Teqlər: