Əmək müəssislərində təhlükəsizlik qaydalarına necə riayət olunmalıdır? – Ekspertdən AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov -Trend:

Azərbaycanda istehsalat müəssisələrində, tikintidə və s. iş yerlərində baş verən qəzalarda hər il ölən və xəsarət alanlar olur. Bunun da əsas səbəbi bəzi iş yerlərində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsidir.

Bunu Trend-ə mühafizə qaydaları üzrə təlimçi, ekspert Elmar Nurəliyev deyib.

Eksprt bildirib ki, iş yerlərində baş verən qəzaların, demək olar ki çoxu texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verir:


“İş yerlərində cavabdeh şəxslər tərəfindən təhlükəsiz əmək şəraiti yaradılmalıdır. İşçilər bilməlidirlər ki texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl edilməzsə, həm özləri, həm də digər işçilər üçün təhlükə yaratmış olurlar. Burada əsas məsuliyyət iş yerlərində rəhbər şəxslərin üzərinə düşür. Ona görə də istehsalat prosesində, tikinti vaxtı çalışan işçilərin təhlükəsizlik qaydalarına riayət etmələrini təmin etməlidirlər. Bir çox iş yerlərində təhlükəsizlik qaydalarına ciddi yanaşılmır. Demək olar ki, işçilərin çoxu bunu bilməyərəkdən edir. Əmək müəssislərində işləyən vətəndaşların çoxunun hansı təhlükəsizlik qaydalarından xəbəri yoxdur. Nəticədə isə iş yerlərində ağır qəzalar olur. Bütün işçilərin vəzifə təlimatı olmalıdır və işçilər atestasiyadan keçməlidir. Bunun üçün ilk növbədə işçiləri maarifləndirmək lazımdır”, – deyə o vurğulayıb.

Teqlər: