Xəbər - Humay Ağacanova – Trend:
Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.
Trend-in məlumatına görə, bunu Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, əmək müqaviləsi sistemdə qüvvədə qaldığı üçün
bəzi işçilər başqa yerdə işə düzələ bilmirlər.
“Müqavilənin sistemdə qüvvədən salınması ilə bağlı tədbirlər
görülməsi nəzərdə tutulur. Bizə müraciət edəndə onları məhkəməyə
yönləndiririk. Yeni dəyişikliyə əsasən Dövlət Əmək Müfəttişliyi
Xidmətinə həmin müqavilələrin qüvvədən salınması üçün səlahiyyət
veriləcək”, – deyə o əlavə edib