Elzaya görə AYB-dən gedən şairin ayıbı – Foto

Elzaya görə AYB-dən gedən şairin ayıbı – Foto

Müğənni, bəstəkar və təzəlikcə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elza Seyidcahan ətrafında başlayan səs-küy ötən gün yazar Mürvət Qədimoğlu Həkərinin qurumdan istefasına səbəb olub.

Mürvət Qədimoğlunun AYB sədri Anara yazdığı istefa ərizəsinin surəti bu gün sosial şəbəkələrdə yayılıb.

Mürvət Qədimoğlunun bu təşəbbüsünə xüsusi sayğımızı göstərmək və təmsil olunduğu qurumun ayıbına şərik olmamaq istəyini məmnuniyyətlə qəbul edərək, bir ayrı məsələyə diqqət çəkməyi zəruri hesab edirik. Bunun üçün, bir zəhmət, aşağıda Mürvət Qədimoğlunun istefa ərizəsinin mətninin skrininə diqqət edin.

Etdinizsə, davam edək:

1. Mətnin böyük hərflərlə yazılması “istefa ərizəsinin” tələblərinə uyğun deyil;

2. “…edirəm ki,Elza…” sözlərində “ki”dən sonra boşluq qoyulmalı idi;

3. Bu qurumun adı “Azərbaycan Yazıçılar Birliyi”dir, Yazarlar Birliyi deyil, ona görə rəsmi ərizədə qurumun adının “Yazarlar Birliyi” kimi göstərilməsi savadsızlıqdır;

4. “…özümə,Azərbaycan…” sözləri arasında yenə yazı qaydaları pozulub;

5. “AYB-nin üzvlüyündə azad edəsiniz” deyil, “AYB-nin üzvlüyündən azad edəsiniz” olmalıdır.

Nəticə:

Əgər 30 ildir AYB üzvü olan tanınmış şair-publisist bir cümləlik rəsmi istefa ərizəsində – o ərizə ki, ictimailəşəcəyini bilirdi – bu qədər qüsura yol verdiyinin fərqində deyilsə, onda utanıb eləməsin – Elza Seyidcahan onun ən yaxşı həmkarıdır.

Teqlər: