Elxan Məmmədova FİFA-da vəzifə verildi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək
vəzifə verilib.

Trend xəbər verir ki, o, FİFA-nın Avropa Milli Assosiasiyalarla
iş üzrə direktoru təyin olunub.

Bu haqda FİFA-nın saytı xəbər yayıb.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA
Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində
futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların
müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin
FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək
fəaliyyətinə başayacaq.

FİFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından
danışıb: “Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc
qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü
öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz
təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini
düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”.

Teqlər: