Britaniyalı müğənni Elton Con (əsl adı Recinald Kennet Duayt) koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, tanınmış müğənni bu barədə özünün “Instagram” səhifəsində yazıb.
“Mən koronavirusa yoluxmuşam və bu səbəbdən Dallasdakı çıxışlarımı başqa tarixlərə keçirməliyəm. Şounun təxirə salınması həmişə böyük məyusluqdur, narahatçılığa görə üzr istəyirəm, amma özümü və komandamı qorumaq istəyirəm”, – deyə E.Con bildirib.
Bundan əlavə, 74 yaşlı müöənni qeyd edib ki, peyvənd olunduğu üçün xəstəlik yüngül formada keçir. “Xoşbəxtlikdən, mən tam peyvənd olunmuşam və “buster” dozasını da vurmuşam. Xəstəliyin simptomları yüngüldür və bu səbəbdən gələn həftənin sonu Arkanzasda çıxış edə biləcəyimi düşünürəm”, – deyə müğənni əlavə edib.