Elnur Əliyev bu vəzifəsindən də azad olundu

Elnur Əliyev bu vəzifəsindən də azad olundu

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Eyni zamanda, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.

Qeyd edək ki, Elnur Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 3-də mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Teqlər: