“Həmmihən” qəzetinin sosial qrupunun katibi Elnaz Məhəmmədi zaminə buraxılıb.
AzerTimes xəbər verir ki, jurnalist bir həftə əvvəl Evin məhkəməsində olub və izahat vermək üçün çağırış vərəqəsi aldıqdan sonra həbs edilib.
Qeyd edək ki, Elnaz Məhəmmədinin əkiz bacısı İlahə Məhəmmədi də həbsdədir. O, Məhsa Əmininin dəfn mərasimi barədə xəbər verdikdən sonra sentyabrın 29-u həbs olunub və hələ də həbsdədir.