Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.
AzerTimes-ın məlumatına görə, təbrikdə deyilir:
“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Sizi, xalqımızın müzəffər Prezidenti qüdrətli, Ali Baş Komandan, güclü sərkərdə və diplomat, dünya şöhrətli siyasi və dövlət xadimini şərəfli 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, Sizə sağlam uzun ömür, çoxşaxəli ölkədaxili və beynəlxalq fəaliyyətinizdə yeni zirvələr fəth etməyi, ailə xoşbəxtliyi arzulayıram.
Hakimiyyətiniz dövründə həqiqətən hər bir azərbaycanlının prezidenti olmaqla, dövlətimizin, ordumuzun gücləndirilməsində, insanların rifahının yüksəlməsində, əhalinin bütün qruplarının sosial, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə ehtiyaclarının təmin olunmasında ölçüyəgəlməz uğurlara nail oldunuz.
Həm daxili, həm də xarici müdrik, qətiyyətli, cəsarətli, siyasətinizdə uğurlar sırasında xüsusi yer tutan, tariximizə yeni şanlı səhifələr yazmış 44 günlük Vətən müharibəsində, dünya hərb təcrübəsində ilk dəfə olaraq, dəmir yumruq kimi, qəhrəman xalqımızı, rəşadətli ordumuzu ətrafınızda sıx birləşdirərək möhtəşəm zəfər çalmaqla özünüzü dünyaya bir daha güclü siyasi, dövlət xadimi, diplomat kimi, xalqımızın isə qəhrəman, sülhpərvər, humanist, böyük quruculuq enerjisinə malik olduğunu tanıtdınız.
Müharibənin ilk günündən torpaqlarımızın azad olunması haqqında Sizə sonsuz inamı, etibarı, ümidi, məhəbbəti olan xalqımızı ruhlandırdınız, qəhrəmanlıqla fədakarlıqla, vətənpərvərliklə döyüşən ordumuzu durmadan irəli, insanların coşqu ilə, sizə minnətdarlıqla möhtəşəm, dünyada analoqu olmayan Zəfərə doğru apardınız.
Milli liderimiz Heydər Əliyevin inkişaf strategiyalarını müharibə şəraitində daha da inkişaf etdirdiniz, zənginləşdirdiniz, zahirən həll olunmaz görünən çətinliklərin aradan qaldırılmağı bacardınız, 30 il erməni vandallarının işğalında qalmış, darmadağın olunmuş torpaqlarımızı azad etdiniz və dünyaya müharibəyə son qoyulduğunu, Dağlıq Qarabağ məfhumunun artıq olmadığını, azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdiniz.
Vətən müharibəsində Zəfərimizin yüksək əhəmiyyətli, nəticələrini sadalamaqla bitməz. Dövlətimizin ərazi bütövlüyü, ata-baba yurdu həsrətilə ağır məcburi köçkün soydaşlarımızın üstündən bu ad götürüldü və öz torpaqlarına qayıtması ümidi çin oldu, kobudcasına pozulmuş hüquqları bərpa olundu.
Həm ölkədaxili, həm də beynəlxalq siyasətinizdə bir güclü şəxsiyyət kimi nailiyyətlərinizin kökündə Sizin zəngin genetik kökləriniz, çoxşaxəli fitri istedadınız, geniş intellektiniz, siyasi meydanda sərbəst şəkildə bir neçə dildə diskussiya aparmaq mədəniyyətiniz, ağır, ən çətin suallara bir anda dəqiq cavabları tapmaq, Sizi dünyanın öndər liderləri sırasına çıxartdı.
Həmrəyliyinin gücləndirilməsində müstəsna xidmətlərinizin beynəlxalq arenada çox yüksək dəyərləndirilir və Türk dövlətlərinin ən nüfuzlu Ordeni ilə təltif olunmağınız bunu bir daha təsdiqləyir.
Sizi bu yubiley ilinizdə üzümüzə gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirəm, bu ilin xalqımız üçün sülh, əminamanlıq, hərtərəfli inkişafında yeni uğurlar ili olsun. Ailənizə uğurlar, xöşbəxtlik arzulayıram”.