Elmar Vəliyevə sui-qəsd: təqsirləndirilən şəxsdən xəbər var

Elmar Vəliyevə sui-qəsd: təqsirləndirilən şəxsdən xəbər var

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Müşfiq Qurbanov Ali Məhkəməyə müraciət edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, Müşfiq Cümşüd oğlu Qurbanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

O, 1-ci instansiya məhkəməsinin həbs müddətinin uzadılması ilə bağlı qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarından da narazı qalan M.Qurabnov Ali Məhkəməyə müraciət edib.

Cinayət işinə gələn il aprelin 4-də Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

M.Qurabnova qarşı Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq) 214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və 307.3 (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci ilin iyulun 3-də hazırda həbsdə olan Yunis Səfərov Müşfiq Qurbanovun da daxil olduğu xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin ozamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd həyata keçirməyə çalışıb.

M.Qurbanov 2018-ci ilin iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Gəncə işi”ndə təqsirli bilinərək beynəlxalq axtarışa verilib. 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılıb. M.Qurbanov Moskva təcridxanasında bir il üç ay saxlanıldıqdan sonra 2020-ci il yanvarın 17-də Bakıya gətirilib.

Teqlər: