Elman Rüstəmovun Mərkəzi Bankdan çıxarılması məsələsinə sabah baxılacaq

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad
edilməsi məsələsi Milli Məclisdə sabah müzakirə ediləcək.

AzerTimes-ın
məlumatına görə, bununla bağlı Milli Məclisin aprelin 12-də
keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib və müzakirə
ediləcək məsələlərin sayı 4-dən 6-ya qaldırılıb.

Belə ki, deputatlar sabah aşağıdakı məsələləri müzakirə
edəcək:

1. Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən
azad edilməsi.

2. Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü
vəzifəsinə təyin edilməsi.

3“Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası
Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi
təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).

Teqlər: