Elman Nəsirov da təhdid olunub – İlginc açıqlama

Elman Nəsirov da təhdid olunub – İlginc açıqlama

Analoji hadisə mənim də başıma gələ bilərdi. Elektron poçtuma təhdid məktubu gəlmişdi. Hətta parlament binasına hücum edəcəklərini bildirmişdilər.

AzerTimes xəbər verir ki, bu fikirləri Musavat.com-a millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bir dəfə təhdid edildiyini açıqlayıb:

“Dərhal Dövlət Təhlükəsizlik Xidmətinə bu haqda məlumat verdim. İkinci dəfə hədələnmədim. “Deputatın statusu haqqında” qanuna görə bizim silah gəzdirməyimiz təmin edilir amma deputat özünü kimdən qorumalıdır? Xalqın seçdiyi adam niyə silahla gəzməlidir? Bu yanaşmaya görə heç bir deputat silah daşımır. Bu məsələdə tələsmək lazım deyil. Son cinayətin arxasında kimlərin dayandığı aydınlaşdıqdan sonra müvafiq qurumların rəyi əsasında müəyyən qərarların qəbul edilməsi mümkündür”.

E.Nəsirov hesab edir ki, Fazil Mustafaya sui-qəsd məqsədyönlü seçimdir və bunu törədənlər seçimlə kifayətlənməyə bilərlər:

“Bundan sonra son dərəcə ayıq-sayıq olmaq lazımdır. Məqsəd Azərbaycanda ictimai asayişi pozmaq, xalq ilə hakimiyyət arasında etimadsızlıq mühitinin olduğunu aşılamaqdır. Çirkin məqsədləri olan insanlar bir cinayət ilə kifayətlənməyə bilərlər. Uzunmüddətli pauza seçiləcəyinə inanmıram. Bundan sonra bizim xüsusi xidmət orqanlarımızın işi daha da artır. Diqqət daha da artırılmalıdır. Hər birimiz maksimum ehtiyatlı davranmalıyıq. Təhlükə olduqda məlumat vermək lazımdır. Dünya heç zaman indiki kimi təhlükəli olmayıb”.

Teqlər: