Elm və Təhsil Nazirliyi elmi qurum deyil – Nazir

Elm və Təhsil Nazirliyi elmi qurum deyil – Nazir

Elm və Təhsil Nazirliyi elmi qurum deyil.

AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

“Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə məşğul deyil, söhbət elm sahəsinin idarə edilməsindən gedir”, – nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, elm və təhsilin qarşılıqlı əməkdaşlığı uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu.

O əlavə edib ki, Prezidentin fərmanına əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə funksiyasını və elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin maliyyələşməsini həyata keçirir.

Teqlər: