Əliyevlə Serjin arasında qalmışdım: Günah Nikolda deyil!

Əliyevlə Serjin arasında qalmışdım: Günah Nikolda deyil!

Bəli, biz haradasa səhv etmişik, bəli, haradasa Ermənistanda və Azərbaycanda alınmadı. Gəlin bunu düzəldək.

AzerTimes BelTA-ya istinadla xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Ermənistan və Azərbaycanda bu baş verməzdi, əgər haçansa deyilənlərə qulaq assaydılar. Bunda Paşinyanın günahı yoxdur. Bütün bunları miras aldı. Mən Əliyevlə Serj Sərkisyanın arasında qaldım və açıq şəkildə təklif etdim: “Bu gün nəyin mümkün olduğunu, nəyin edilə biləcəyini qərara almalıyıq”. Bunu etmədilər – cavabını aldılar.

Ermənistan daha yaxşımı oldu? Bu, heç Azərbaycan üçün asan deyil”, – o bildirib.

Teqlər: