Rusiya Prezidenti Vladimir Putin baş nazir Mixail Mişustinin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcəyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə Kreml rəhbəri “Valday” diskussiya klubunun iclasında müzakirənin moderatoru Fyodor Lukyanovun müvafiq sualına cavabında deyib.
“Bu yaxınlarda orada (Azərbaycanda) idim. Rusiyanın iqlim sammitində yüksək səviyyədə təmsil olunacağı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdıq. Bu tədbirdə hökumət başçısı Mixail Mişustin iştirak edəcək”, – deyə Putin bildirib.