Əliyevlə Paşinyanın görüşü dəqiq deyil, Mişel çalışır

Əliyevlə Paşinyanın görüşü dəqiq deyil, Mişel çalışır

Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında hələ də görüş təşkil etməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə AB-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydın olacaq”, – diplomat jurnalistlərin sualına cavabında deyib.

Diplomatın sözlərinə görə, AB Bakı-İrəvan münasibətlərinin normallaşmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etmək istəyir.

Teqlər: