Düşünürəm ki, hazırkı gərginlik daha fəal diplomatiyanın vacibliyini bir daha nümayiş etdirir. Biz tərəflərin mövqelərini yaxınlaşdırmaq cəhdlərini davam etdirəcəyik.
AzerTimes xəbər verir ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Ermənistan və Azərbaycan sərhədindəki hərbi gərginliklə bağlı “Turan”a açıqlamasında deyib.
Obrayen açıqlamasını Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Dövlət katibi Entoni Blinkenlə birlikdə Avropaya səfəri öncəsi verib.
Agentlik bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın da tədbirdə iştirak edəcəyi gözlənilir.
Dövlət katibinin köməkçisi Münhendə hər hansı konkret görüşlərin keçirilib-keçirilməyəcəyi haqqında suala cavab verməkdən yayınıb.