Əliyevlə müzakirə etdiyimiz kimi… – Blinken

Əliyevlə müzakirə etdiyimiz kimi… – Blinken

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa və Qarabağa yüklərin çatdırılması üçün əsas marşrutlar olan Laçın “dəhlizi” və Ağdam yolu boyunca humanitar yardım axınını artırmağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Blinkenin adından yaydığı bəyanatda qeyd olunub.

“Biz Prezident Əliyevlə bu yaxınlarda müzakirə etdiyimiz humanitar yüklərin Laçın dəhlizi və Ağdam magistral yolu ilə Qarabağa eyni vaxtda göndərilməsini alqışlayırıq. Ehtiyac duyulan ləvazimatların çatdırılması irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara cəlb etməyə və diqqəti region xalqlarına humanitar yardım axınının artırılması yollarına yönəltməyə təşviq edirik. ABŞ Ermənistan və Azərbaycanın çoxdankı problemlərin həlli, layiqli və davamlı sülhün əldə edilməsi üçün səylərini dəstəkləməyə sadiqdir”, – bəyanatda qeyd olunub.

Teqlər: