Azərbaycana səfərim mənim üçün çox önəmli idi.
AzerTimes xəbər verir ki, bu fikirləri Baku TV-yə açıqlamasında Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Brüsseldən sonra bölgədəki ilk səfəri Azərbaycana olub:
“Prezident İlham Əliyevlə mühüm görüşümüz baş tutdu. Azərbaycan-Gürcüstan münasibətləri, dostluğumuz və tərəfdaşlığımızla bağlı bütün mövzularda olduqca səmimi və məhsuldar söhbətimiz oldu. Siyasi, iqtisadi və mədəni sahələr üzrə bir sıra təşəbbüslərimiz, eləcə də önəmli planlarımız var”, – deyə o bildirib.