Əliyevlə birgə liftə minəndə o da vardı: qovdum…

Əliyevlə birgə liftə minəndə o da vardı: qovdum…

2019-cu ildə Azərbaycan Prezidenti ilə Düşənbədə liftə minəndə bizimlə daha bir şəxs – Qriqori Ayrapetov var idi. Dördüncü adam ona görə olmadı ki, yer yox idi.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 27-də 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasının iclasında deyib.

“Müxalifət nümayəndələri bütün bunları sanki konspirativ söhbət gedirmiş kimi təqdim etməyə çalışdılar. Həmin vaxt Ayrapetovu işdən çıxartdım. Bu söhbətdə o da iştirak edirdi. Müxalifətə dedim: dəvət et, o, artıq xidmətdə deyil, öyrən ki, liftdə nə ola bilərdi? Dövlət Təhlükəsizlik Xidmətinin gəzinti zamanı deyilənlərdən xəbəri ola bilər, amma qapalı otaqda gedən danışıqların məzmunu onların işi deyil”, – Paşinyan bildirib.

Teqlər: