Əliyevin Xankəndi səfərinə İran mediasının reaksiyası

Əliyevin Xankəndi səfərinə İran mediasının reaksiyası

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağa səfəri İran mediasında geniş işıqlandırılıb.

AzerTimes xəbər verir ki, İranın bir çox media orqanı prezidentin səfərindən xəbər, foto və videolar paylaşıblar.

Bir sıra xəbərlərdə bundan əvvəl Qarabağda yaşayan ermənilərin sayının 150 min nəfər olduğu iddia edilib.

“Azərbaycan Ordusunun 3 həftə əvvəl sürətli hücumundan sonra ermənilər Ermənistana qaçmağa məcbur oldular. Azərbaycan bayrağın qaldırılmasının rəsmi mərasimi Bakının Qarabağ üzərində tam suverenliyinin bərqərar olması, Qarabağda “müstəqil Artsax erməni dövləti və ölkəsinin” (fərqləndirmə bizimdir – red.) rəsmi sonu deməkdir”, – İran mediası yazıb.

Qeyd edək ki, Ermənistan Qarabağda yaşayan ermənilərin sayını şişirdərək 120 min yazdığı halda İran mediasının 150 min rəqəmini hardan alması da maraqlıdır.

Teqlər: