Prezident İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi növbəti doğum günü 20 sentyabr tarixidir.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, cənab Prezident Xankəndidə stadionda topa zərbə vurmaqla bizə qarşı olanlara da cavab vermiş oldu:
“Biz hazırda Naxçıvana yolun açılması ilə bağlı çalışmalıyıq. Hazırda erməni cəmiyyətində bununla bağlı fikirlər formalaşır”.