Əliyevin Tiflis səfəri: böyük dəyişiklik olacaq – Kipiani

Əliyevin Tiflis səfəri: böyük dəyişiklik olacaq – Kipiani

Cənubi Qafqaz regionu böyük dəyişikliklər astanasındadır – həm Gürcüstan, həm də Azərbaycan bunda böyük rol oynayır.

AzerTimes xəbər verir ki, bu sözləri gürcü ekspert Levan Kipiani deyib.

“Proseslər və hadisələr çox sürətlə dəyişir və biz regionda əhəmiyyətli, dərin dəyişikliklər gözləməliyik”, – Kipiani bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Tiflisə səfərindən sonra Türkiyədən də aktivlik gözlənilən olacaq:

“Tiflis, Bakı və Ankaranın bu illər ərzində yaratdığı üçbucaq çox güman ki, yeni məna kəsb edəcək və Ermənistanı yeni seçim qarşısında qoyacaq”, – Kipiani bildirib.

Teqlər: