Əliyevin sözləri İrəvandan reaksiya: Nəyi gözləyirlər?

Əliyevin sözləri İrəvandan reaksiya: Nəyi gözləyirlər?

Prezident İlham Əliyevin TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin” çağırışına bir gün sonra Ermənistan parlamentinin sədri Alen Simonyandan cavab gəldi. Baş nazir Nikol Paşinyanın faktiki sözçüsü rolunda çıxış edən Alen Simonyan deyib ki, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ATƏT-ə müraciət üçün sülh sazişinin imzalanmasını gözləməyə heç bir ehtiyac yoxdur:

“Ermənistan Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda bir ay ərzində Azərbaycanla sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib. Bunu sürətləndirməyin yolu Ermənistan Konstitusiyasında zəruri dəyişiklik etmək və Minsk Qrupundan imtinanı bəyan etməkdir. Yeni Konstitusiyanın qəbulu zaman alacaq, Ermənistan hökuməti bu zamanı gözləmədən ən azı ərazi iddialarını əks etdirən bəndlərin çıxarılmasıyla bağlı referenduma qərar verə bilər. Minsk Qrupundan imtinanı isə sadə bəyanatla həll etmək mümkündür”.

Teqlər: