Təbriz, Ərdəbil və digər şəhərlərdə Azərbaycan Respublikasına dəstək posterləri yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, bu gün Azərbaycan Prezidentinin fotoları Güney Azərbaycan şəhərlərində müxtəlif yerlərə vurulub. Fotoların üzərində isə bu sözlər yazılıb:
“Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır.
Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan Prezidenti öz prezidentimiz.
Biz hər zaman Güney gəncliyi olaraq Azərbaycan cəbhəsindəyik.
Vətənimizin o tayı, bu tayı yoxdur!
Biz böyük Azərbaycanıq!”
Qedy edək ki, bu gün Təbrizdə aksiyalar da keçirilib. Aksiyalarda “Azadlıq, Ədalət, Milli Hökumət”, “Nə şahçıyam nə şeyxçi, millətçiyəm, millətçi”, Azərbaycan öz yolunu tapıbdır, vilayəti (dini rəhbərliyi), səltənəti atıbdır!” şüarları səsləndirilib.