Əliyevin Laçından Xankəndidəki separatçılara göndərdiyi mesajda mühüm bir detal var: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq”. Bununla Prezident separatizmin ləğvi, Rusiya sülhməramlılarının müvəqəti yerləşdiyi ərazilərə nəzarətin “son addımlığında” olduğumuzu elan edir.
AzerTimes xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
“Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq”, – o deyib.