Əliyevin bu son səfəri yeni imkanlar yaratdı – Pataradze

Əliyevin bu son səfəri yeni imkanlar yaratdı – Pataradze

Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqaz regionunda sülh və sabitliyi təmin edir.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

“Gürcüstan və Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində ölkələrimiz Cənubi Qafqaz regionunda sülh və sabitliyə yönəlmiş uğurlu əməkdaşlıq həyata keçirib”, – o bildirib.

Səfirin sözlərinə görə, Gürcüstan və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib.

Z.Pataradze qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Gürcüstana son səfəri ölkələr arasında iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

Teqlər: