Əliyevə baxın və öyrənin – Qabrielyan

Əliyevə baxın və öyrənin – Qabrielyan

İndi bizdə həyat imitasiyası, cəmiyyətin imitasiyası, dövlətin imitasiyası, hakimiyyətin imitasiyası var.

AzerTimes xəbər verir ki, bunu erməni etnoqraf Mxitar Qabrielyan deyib.

“21-ci əsrdə oturub inqilaba ümid edirik, bu nə dərəcədə effektlidir? Bu metaforadan qurtulmaq lazımdır. Bu metaforalar evimizi məhv edir. İlk növbədə uşaqlarımıza aldatmamağı, yalan danışmamağı öyrətməliyik. Çünki bu aldatma sonradan mədəniyyətdə, tərbiyədə özünü göstərir. Bu bizə kömək etmir. Bizim vaxtımız yoxdur, bilirsiniz, ümumiyyətlə, vaxtımız yoxdur. Elə bir xalqıq ki, özümüzü qədim xalq adlandıraraq belə qənaətə gəlmişik ki, bizim üçün bir il, beş il, on il önəmli deyil. Zamanın bizim üçün fərqli ölçüsü var. Praktik olmaq lazımdır, uğur praktiklikdədir. Əliyevə baxın və zamanın düzgün qiymətləndirilməsinin nə qədər vacib olduğunu görəcəksiniz”, – o bildirib.

Teqlər: