Əliyevdən sərt reaksiya: Normal adam bu əməllərə əl atmaz!

Əliyevdən sərt reaksiya: Normal adam bu əməllərə əl atmaz!

Bu gün Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə mənim göstərişimlə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, yəni, biz hərtərəfli iş görürük – həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər:

“Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb – ancaq dağıtmaq, sökmək, yandırmaq”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu qədər nifrətin, qeyri-insani hərəkətlərin haradan qaynaqlandığını gərək psixoloqlar, yaxud psixiatrlar desinlər, çünki normal adam bu əməllərə əl atmaz.

Teqlər: