Əliyevdən Bay Kamalın “Bakısız planı”na mesaj…

Əliyevdən Bay Kamalın “Bakısız planı”na mesaj…

Prezident Əliyev Şuşadan xalqa müraciətində Orta Dəhlizin təməlinin Heydər Əliyevin dövründə qoyulduğu haqda danışarkən dedi: “Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.

AzerTimes xəbər verir ki, Prezidentin bu fikirlərini vurğulayan politoloq Asif Nərimanlı son olaraq Kılıçdaroğlunun təqdimatında Azərbaycanı bu layihədən kənarda saxlamaq niyyətinin açıq elan olunduğunu yada salıb.

“Bunun Türkiyə müxalifəti deyil, maraqlı qüvvələr – Fransa, Ermənistan, İran və s. – tərəfindən hazırlandığı istisna deyil. Əliyevin bu sözləri həm də Kılıçdaroğluna və Azərbaycansız layihəni onun əlinə verənlərə ünvanlanıb”, – politoloq bildirib.

Qeyd edək ki, Türkiyənin 6 müxalif partiyasının (+HDP) 14 mayda keçiriləcək prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu Azərbaycandan deyil, İrandan keçən İpək Yolunu dəstəklədiyini nümayiş etdirib.

Teqlər: