Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel öz Tvitter səhifəsində yazıb.
O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.
“AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir”, – deyə o bildirib.