Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Sankt-Peterburqda qeyri-rəsmi görüş baş tutub.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan erməni mediasına açıqlamasında deyib.
“MDB-nin qeyri-rəsmi sammiti zamanı Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında qeyri-rəsmi təmaslar olub. Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli formatda müzakirələr aparılıb”, – deyə o bildirib.