İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.
AzerTimes xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyev açılış mərasimində iştirak ediblər.