44 günlük savaş da birbaşa İlham Əliyevin siyasi fəaliyyətinin nəticəsi idi. 27 sentyabra gəlmək üçün o, tam 17 il yol qət etmişdi: Türkiyə ilə əlaqələrin yüksək səviyyəyə qaldırılması, Türk Şurası, KTMT daxilindəki dövlətləri öz ətrafına çəkmək, Putinin danışan dili Lukaşenko ilə qardaşlıq, Avropa meydanlarında Ermənistan əleyhinə qətnamələr, bütün platformalarda Ermənistan rəhbərlərinin məğlub edilməsi…
Siyasi-diplomatik fəaliyyət 17 il boyunca informasiya müharibəsində həlledici qələbəyə imkan verdi. İlham Əliyev 2005-ci ildə “hücum diplomatiyası” terminini təsadüfən səsləndirməmişdi. Bu, düşünülmüş, yaxın, orta və uzaq hədəfləri müəyyənləşən strateji-milli plan idi.
İlham Əliyev iqtisadiyyatı gücləndirmək və sadiq tərəfdaş rəyini möhkəmləndirmək, etibarlı müttəfiq olduğunu sübut etmək üçün illərlə qazanıb-qazandıran, hərtərəfli və düzgün, vicdanlı və ləyaqətli davranışı ilə hər kəsin rəğbətini qazandı. Təsadüfi deyil ki, İlham Əliyevin ayaq basdığı Avropa ölkələrinin hər birinin liderinin ilk sözü “Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib” sözüdür.
Bu, İlham Əliyevə hüdudsuz inamdır və İlham Əliyev bu inamı illərdir milli maraqları təmin etməyə, ərazi bütövlüyümüzə xərcləyir.
2020-ci ilin 27 sentyabrı bu qədər uğurlu siyasi təməllər üzərində başladı və Ordumuz ən qısa müddətdə sözünü dedi – bu Ordunun da qüdrətli olması üçün İlham Əliyev illərlə çalışmışdı…
27 sentyabrda hərbi-siyasi hücum başladı və 10 noyabrda missiyasını Qələbə ilə tamamladı, həmin gündən İlham Əliyevin siyasi-hərbi savaşı başladı: təkbaşına, özü ön cəbhədə olmaqla – amma əlbəttə ki, arxasına xalqı və Ordunu alaraq!
Siyasi-hərbi hücum strategiyası addım addım irəlilədi – 3 rayon, sonra sərhədlərimizə çıxmaq.
44 günlük hərbi-siyasi hücumun finalı 10 noyabr idisə, 2,5 illik siyasi-hərbi hücumun finalı 23 apreldir.
Laçın yolunda Sərhəd Xidmətinin sərhəd-keçid məntəqəsi qurması İlham Əliyevin təkbaşına savaşının növbəti Zəfəridir!
23 aprel həm də ona görə möhtəşəmdir ki: Türkiyənin seçkiyə girdiyini və Ərdoğanın başının daxilə qarışdığını zənn edənlər Azərbaycanın təkbaşına bacarmayacağını hesablayırdı.
İlham Əliyev isə hər şeyi məhz Özünün hesabladığını, planlaşdırdığını və icra etdiyini növbəti dəfə sübut etdi!
Bu, həm də azərbaycanlıların özgüvəni üçün olduqca mühüm faktdır!
Bu, həm də o deməkdir ki, regionda söz sahibi məhz Azərbaycandır!
Bu, həm də o deməkdir ki, 23 aprel – qətiyyən son deyil…