Əliyev Rusiya-NATO münasibətlərindən nə demişdi? – Video

Əliyev Rusiya-NATO münasibətlərindən nə demişdi? – Video

Son günlər Ümummilli lider Heydər Əliyevin illər öncə Rusiya-NATO münasibətləri ilə bağlı çıxışı sosial şəbəkələrdə trendə çevrilib.

AzerTimes xəbər verir ki, həmin çıxış sonuncu dəfə ötən il “History Lab” kanalında “SSRİ-nin dağılmasının 30 ili. Şəxslərdə tarix” sənədli filmində yayımlanıb.

“Ümumiyyətlə hesab edirəm ki, Rusiyada elə bilirlər, onlara NATO tərəfdən təhlükə var. Amma bu, cənubdan deyil. Bunun üçün Avropanın Rusiya ilə sərhədində kifayət qədər ərazi var. Dünyadakı vəziyyəti bilirəm və hesab edirəm ki, bu, ola bilməz.

Bilirsiniz, mən kimsəyə məsləhət vermək istəmirəm. Çünki hətta ən cavan dövlət başçısı da hesab edir ki, başqalarından çox bilir. Ona görə də heç kimə məsləhət verməzdim.

Mənim təcrübəm deyir ki, dünyada nə soyuq, nə də qaynar müharibələr olmalıdır. Bütün ölkələr başqalarına qarşı ərazi iddialarından əl çəkməlidir. 21-ci əsr hər bir dövlətdə sülh, sabitlik, təhlükəsizlik əsri olmalıdır. Bir dövlət öz maraqlarına görə digər dövlətin ərazisinə hücum etməməlidir”, – Heydər Əliyev bildirib.

Mövzunun aktuallığını nəzərə alaraq videonu təqdim edirik:

Teqlər: