Əliyev-Rəisi görüşü: İrəvan yubatsa, Araz dəhlizi olacaq

Əliyev-Rəisi görüşü: İrəvan yubatsa, Araz dəhlizi olacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacağını bildirib. Nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib. Türkiyənin nəqliyyat və infrastruktur nazirinin Zəngəzur dəhlizinin işə başlayacağı ilə bağlı əminliyi nə ilə bağlıdır? Axı Ermənistan Azərbaycanın manesiz dəhliz yanaşmasını qəbul etmir və bu, danışıqlarda irəliləyişin əldə edilməsinə əngəldir.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Zəngəzur dəhlizi ilə bağlı razılıq olmasa da, Abdulqadir Uraloğlunun ümidverici açıqlamaları ümumi işin xeyrinədir:

“Ankara ilə İrəvan arasında dialoq davam edir və mümkündür ki, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılmasıyla bağlı üzərlərinə müəyyən öhdəliklər götürüblər. İrəvanı tələsdirməyə məcbur edən başqa gedişat da var. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək. Azərbaycan və İran prezidetləri bu gün “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi ilə əlaqədar Araz çayı kənarında görüşüblər. Prezidentlərin Araz kənarıyla dəmir yolu xəttinin tikintisi mövzusunu da müzakirə edəcəyi ehtimalı yüksəkdir”.

Teqlər: