Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata əsasən, danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.
İlham Əliyev avqustun 31-də Brüsseldə Paşinyan və Mişellə görüşü haqqında Vladimir Putinə məlumat verib.
Prezidentlər həmçinin, Azərbaycan və Ermənistan sərhədində sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün əlaqələşdirilmiş səylərin əhəmiyyətini vurğulayıb.