

Mayın 9-da Moskvada Qələbənin 80-ci ildönümünün qeyd olunması çərçivəsində Azərbaycan lideri İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş nəzərdə tutulmayıb.
AzerTimes xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Mayın 9-da Paşinyan, Putin və Əliyev arasında üçtərəfli format çərçivəsində görüş planlaşdırılmır”, – o bildirib.
Qeyd edək ki, bundan öncə “Joxovurd” nəşri 9 May paradı öncəsi Moskvada üçtərəfli görüş olacağı barədə məlumat yaymışdı.