Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.
AzerTimes xəbər verir ki. bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlmədik. Belə bir fikir var idi, lakin tərəflərdən biri dəstəkləmədi”, – deyə o bildirib.
Uşakov “dəstəkləməyən tərəfin” Rusiya olmadığını deməklə kifayətlənib.
Qeyd edək ki, ötən gün Uşakov üçtərəfli görüşün keçiriləcəyini açıqlamışdı.