Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb.
AzerTimes xəbər verir ki bunu “Röyters”ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin bir qədər əvvəl dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıqla bağlı planlı təlimlər keçirir və bu, müntəzəm planlaşdırma prosesinin tərkib hissəsidir. Ermənistan isə sərhəddə qoşun cəmləşdirir və yeni silah sistemləri alır.
“Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı hücumu və ya təxribatları dayandırmaqdır”, – deyə H.Hacıyev bildirib.